SVR rəhbəri Putinin Şimali Koreyaya səfərinin müsbət nəticə verəcəyini gözləyir
17 İyun 2024 14:50 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya gözlənilən səfəri müsbət nəticələr verəcək.
"Biz Rusiya prezidentinin KXDR-ə səfərindən müsbət nəticələr gözləyirik. Səfər yaxşı təşkil olunub və nəticələr də olacaq", - o vurğulayıb.
Qərbin Koreya yarımadasındakı vəziyyəti maksimum dərəcədə sıxışdırmağa cəhd edə biləcəyi ilə bağlı suala Rusiya kəşfiyyatının rəhbəri belə cavab verib: "Ola bilsin ki, Qərbdən müəyyən təxribatlar gözləmək olar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31