İlon Mask: Gələcəkdə insanlar telefonlardan istifadə etməyəcək
17 İyun 2024 13:06 DünyaGələcəkdə insanlar telefonlardan istifadə etməyəcək, ünsiyyət qurmaq üçün onlara beyin implantları lazım olacaq.
Olaylar.az xəbər verir ki, bu barədə amerikalı iş adamı, milyarder İlon Mask "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Yeni "X" telefonunuzu ağlınızla idarə etməyə imkan verən "Neuralink" interfeysinin beyninizdə quraşdırılmasını istərdinizmi?", - o sosial şəbəkə istifadəçilərinə sual ünvanlayıb.
İ.Mask əlavə edib ki, gələcəkdə mobil qurğulara ümumiyyətlə ehtiyac qalmayacaq: "Gələcəkdə telefonlar olmayacaq, yalnız "Neuralink" olacaq". (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31