Ermənistanda etirazçıların kütləvi həbsinə başlanıldı - YENİLƏNİB
15 İyun 2024 14:59 DünyaErmənistanda maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu "Vətən Uğrunda Tavuş" hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfərdən ikisinə qarşı cinayət işi qaldırılıb.
Olaylar bildirir ki, bu barədə adıçəkilən ölkənin İstintaq Komitəsi məlumat yayıb.
İlkin araşdırma zamanı onların mitinqə çağırdığı şəxslərin hər birinə 10-30 ABŞ dolları arasında pul vəsaitləri verdiyi ortaya çıxıb.
Qeyd olunub ki, hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. (APA)
****
12:07
Səhər saatlarında Ermənistanın müxtəlif şəhərlərində kütləvi həbs dalğası başlayıb.
Olaylar xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan məlumat verib.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Martuni, Qavar, Vanadzor, Ucan və İrəvanda etiraz hərəkatının tərəfdarlarını saxlayırlar.
Ötən gün "Daşnaksütyun"un Vayk və Yeqnadzordakı ofislərində axtarışlar aparılıb və bu partiyanın üzvləri saxlanılıb. Amma saxlanılanların dəqiq sayı hələ ki dəqiq məlum deyil. (report)