Putin Ukrayna ilə danışıq şərtini açıqladı – Şok təklif
14 İyun 2024 19:59 DünyaUkrayna qoşunları "dxr", "lxr", Xerson və Zaporojye vilayətlərinin ərazisindən tamamilə çıxarılmalıdır, bundan sonra Rusiya danışıqlara başlamağa hazırdır.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Ukrayna Donbas və "Novorossiya"dan qoşunlarını çıxarmağa başlayan və NATO-ya qoşulmamaq öhdəliyini götürən kimi Rusiya atəşi dayandıracaq və danışıqlara hazır olacaq", - Putin bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31