Makronun reytinqi rekord dərəcədə aşağı düşüb

Fransa prezidenti Emmanuel Makronun reytinqi rekord dərəcədə aşağı düşüb

Olaylar "Elabe" sosioloji xidmətinin tədqiqat məlumatlarına istinadən xəbər verir ki, bugünədək sorğuda iştirak edən fransalıların cəmi 24 faizi öz liderlərinə "ölkənin qarşısında duran problemlərin səmərəli həllində" etibar edir.

Medvedyevdən İrəvana: Sizi AB-də gözləyən yoxdur!

Makron, həmçinin, öz elektoratının etimadını itirməyə başlayıb - sorğuda iştirak edənlər arasında prezidentin reytinqi 3 faiz azalıb.

Qeyd etmək lazımdır ki, Makronun 2022-ci ildə ikinci prezidentlik müddətinin əvvəlindən reytinqi ən aşağı səviyyəyə düşüb. Bu, həm də onun 2017-ci ildə seçilməyindən sonra (2018-ci ilin dekabrında 23 faiz) ikinci ən aşağı göstərici olub.

Eyni zamanda, qeyd olunur ki, Qabriel Attalın baş nazir postunda fəaliyyətini sorğuda iştirak edənlərin 29 faizi təqdir edir ki, bu da ötən ayla müqayisədə 4 faiz azdır.

Xatırladaq ki, iyunun 9-da Fransa prezidenti ölkə parlamentinin buraxılması və vaxtından əvvəl seçkilərin keçirilməsi barədə qərar qəbul edib

"Növbədənkənar parlament seçkilərinə çağırıram. Birinci tur iyunun 30-da, ikinci tur isə iyulun 7-də baş keçiriləcək", - Makron Fransa xalqına müraciətində deyib.

Bununla da Makron partiyasının Avropa Parlamentinə seçkilərdəki ciddi məğlubiyyətini qəbul edib. Qeyd edək ki, Makronun partiyası Avropa Parlamentinə seçkilərdə səslərin 15,4 faizini toplayıb. Bu isə səslərin 32 faizini toplamış müxalif sağçı "Milli birlik" partiyasının səslərindən iki dəfə azdır.

Daha sonra xarici KİV parlament seçkilərində sağçılar qələbə qazanacağı təqdirdə Fransa prezidenti Emmanuel Makronun istefaya gedəcəyi barədə məlumat yayıb. Lakin Fransa prezidentinin administrasiyası bu məlumatları təkzib edib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31