Medvedyevdən İrəvana: Sizi AB-də gözləyən yoxdur!

Qərb Ermənistanı AB-yə dəvət etmək fikrində deyil və bu təklif yaxın gələcəkdə Ukraynaya da edilməyəcək.

Olaylar xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

Livan İsrailə 100-dən çox raket atdı: Hizbullah hədəflərinə hücumla cavab verildi

"KTMT və Aİİ çərçivəsində müttəfiqlik münasibətləri ilə möhkəmlənən rus-erməni xalqı arasında çoxəsrlik dostluq Vaşinqton, eləcə də onun müttəfiqləri üçün çoxdan "göz yarasına" çevrilib. Cənubi Qafqaz respublikasını Avro-Atlantik düşərgəyə çəkmək üçün əhəmiyyətli qüvvələr yerləşdirildi. İrəvana tam sədaqət müqabilində "qızıl dağları", o cümlədən AB-yə üzvlük təklif olunur. Ancaq özünüzü aldatmayın: bu cür vədlər sadəcə neokolonial siçan tələsinin yemidir. Heç kim "elita klubu"nun qapılarını erməni xalqının üzünə açmaq fikrində deyil. Banderovçulardan soruşun ki, onlar AB-yə üzv ola biliblərmi? Xeyr və onlar bunu tezliklə əldə etməyəcəklər. Ümumiyyətlə əldə edəcəklərmi?" - o bildirib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31