"Paşinyanın impiçmentinə az qalıb" - Qalstanyan
10 May 2024 10:38 DünyaErmənistanda müxalifətin baş nazir Nikol Paşinyana qarşı təşkil etmək niyyətində olduğu impiçment prosesi bir qədər vaxt apara bilər.
Olaylar.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan deyib.
"Paşinyanın impiçment prosesi bir neçə gündən çox vaxt aparmayacaq", - Qalstanyan deyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistanda müxalifət dinc etiraz aksiyaları planlaşdırır.
Baqrat Qalstanyanın sözlərinə görə, iki müxalif parlament fraksiyası impiçment proseduruna başlamağa hazırdır.
Xatırladaq ki, dünən müxalifət İrəvanın mərkəzində iri miqyaslı mitinq keçirib. (Milli.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31