ABŞ məhkəməsi Binance təsisçisini 4 ay həbs cəzasına məhkum edib — ÖZƏL

Olaylar.az xəbər verir ki, Binance kriptovalyuta birjasının qurucusu və keçmiş direktoru Çanqpenq Zhao maliyyə pozuntularında ittiham olunaraq ABŞ həbsxanasında 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Changpeng Zhao Sietldə keçirilən məhkəmə iclasında iştirak edib. Hakim Riçard Cons ittiham tərəfinin tələb etdiyi üç ildən daha yüngül cəza kəsib. Müdafiəçilərin vəkilləri şərti azadlığa buraxılmasını istəyiblər.
Keçən noyabr ayında ABŞ səlahiyyətliləri Binance-ə bank sirri haqqında qanunları pozduğuna, çirkli pulların yuyulmasına, lazımi qeydiyyatı almadığına və sanksiyalardan yayındığına görə 4,3 milyard dollar ödəməyi əmr etmişdi. Changpeng Zhao həmçinin çirkli pulların yuyulmasına qarşı effektiv proqramı həyata keçirməməkdə günahını etiraf edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31