Qərb Kiyevə təkcə F-16-lar deyil, onlar üçün silah da verməyi planlaşdırır — ÖZƏL

Kollektiv Qərb ölkələri Ukraynanı təkcə F-16 qırıcıları ilə deyil, həm də onlar üçün silahla təmin etməyə hazırlaşır.

Olaylar.az xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun bildirib.
"Biz F-16-ları gətirdiyimiz zaman, bu, təkcə təyyarələri deyil, həm də pilotların təlimini, texniki xidmətin öyrədilməsini və həmçinin onunla birlikdə işləyəcək silah sistemlərimizin olmasını təmin edirik" - o, deyib.
Onun sözlərinə görə, söhbət Ukrayna Müdafiə Təmas Qrupu çərçivəsində gedir.
Kiyev aprelin əvvəlində bildirmişdi ki, beş qrup ukraynalı pilot Böyük Britaniya, Danimarka, ABŞ və Fransada ABŞ-ın F-16 qırıcılarını idarə etmək üçün təlim keçib. 2023-cü il avqustun sonunda Hollandiya Ukraynaya 42 F-16 təhvil verəcəyini, Kopenhagen isə Kiyevə 19 belə maşın vəd edib. Rusiya prezidenti Vladimir Putin F-16-ların nüvə silahı daşıyıcısı ola biləcəyi və Moskvanın döyüş əməliyyatlarında bunu nəzərə alacağı barədə xəbərdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31