Bu il dünyada işsizlərin sayı ARTACAQ - HESABAT

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Əmək Təşkilatı 2024-cü ildə qlobal işsizliyin artacağını gözləyir. 

Olaylar.az xəbər verir ki, bu barədə təşkilat hesabat dərc edib.

Hesabata görə, ötən il 5,1 faiz olan ümumi işsizlik səviyyəsi bu il 5,2 faizə yüksələrək 2 milyon nəfər artacaq.

Qeyd edək ki, yüksək gəlirli ölkələrdə işçi çatışmazlığı 8,2 % olduğu halda, aşağı gəlirli ölkələrdə bu nisbət 20,5 faizə bərabərdir. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31