"WhatsApp" bu ölkələrdə QADAĞAN OLUNDU
1 May 2024 11:36 Dünya"WhatsApp" İran, Şimali Koreya və Suriyada qadağan edilib. Qətər, Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri kimi digər ölkələr də proqramda səsli zəng kimi bəzi funksiyaları məhdudlaşdırıb.
Lakin buna baxmayaraq istifadəçilər "Whatsapp"dan gizli şəkildə istifadə ediblər.
Olaylar.az xəbər verir ki, bu barədə "WhatsApp"ın idarəçisi Will Cathcart bildirib.
O qeyd edib ki, VPN-lərin artması və ötən ilin iyun ayında istifadəyə verilmiş "WhatsApp Proxy" xidməti proqrama davamlı girişi təmin edib. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31