Gürcüstanın ən böyük müxalifət partiyasının lideri mitinqdə polis tərəfindən döyülüb — ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat" partiyasının sədri Levan Xabeişvili ölkənin paytaxtı Tbilisidə xarici agentlərlə bağlı qanun layihəsinə qarşı keçirilən mitinqi dağıdarkən polis tərəfindən döyülüb.
Gürcüstanın televiziya kanalı siyasətçinin burnunun sınıq, sağ gözündə göyərmə və üzündə qan izlərini əks etdirən fotonu nümayiş etdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31