Hər ay 50-yə yaxın ölkəni bir araya gətirirəm ki... - Ostin
1 May 2024 10:40 DünyaMən hər ay 50-yə yaxın ölkəni bir araya gətirirəm ki, biz Ukraynaya genişmiqyaslı və sürətlə təhlükəsizlik yardımı göstərməyə davam edək.
Olaylar xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin ABŞ Konqresinin Nümayəndələr Palatasında 2025-ci il müdafiə büdcəsinin təqdimatı zamanı bildirib.
O, tərəfdaşları Ukraynaya "Patriot" zenit-raket komplekslərini verməyə çağırıb.
Ostin əlavə edib ki, Ukraynanın müdafiə naziri Rüstəm Umerovla hər həftə danışır. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31