Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən daha 41 nəfər saxlanılıb
1 May 2024 10:31 DünyaTürkiyənin 12 vilayətində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Olaylar xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Məlumata əsasən, "BOZDOĞAN-34" kod adı altında keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 41 nəfər saxlanılıb.
Əməliyyat nəticəsində çox sayda silah-sursat və valyuta aşkarlanaraq müsadirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31