İsveçdə meymun çiçəyi epidemiyası araşdırması- ÖZƏL

Stokholmda İsveç Səhiyyə İdarəsi yeni adı Mpox (Monkeypox Virus) olan meymun çiçəyi virusunun yayılması ilə bağlı araşdırmaya başlayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, aprel ayı ərzində İsveçin paytaxtında xüsusilə çox sayda yoluxma halı qeydə alınıb. Şöbənin aydınlaşdırdığı kimi, İsveçdə yoluxmuş onlarla xəstənin olduğu bildirilir.

Xəstəliyə əsasən kişilərdə rast gəlindiyi aydınlaşdırılır. Səhiyyə Departamenti xatırladır ki, yoluxma riski olan insanlar meymun xəstəliyinə qarşı peyvənd edilməlidir. Şöbə, həmçinin yoluxmuş insanlarla təmasda ola biləcək şəxslərin tibb müəssisələrinə müraciət etmələrini tövsiyə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31