Türkiyə ordusu PKK-nın 5 terrorçusunu zərərsizləşdirdi
30 Aprel 2024 16:49 DünyaTürkiyə Silahlı Qüvvələri PKK-nın 5 terrorçusunu zərərsizləşdirib.
Olaylar xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Türkiyə ordusu terror təşkilatı PKK-ya qarşı əməliyyatları qətiyyətlə davam etdirir:
"İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan PKK-nın 5 terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.
Əməliyyatlarımız son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək", - paylaşımda qeyd olunub. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31