İranda kütləvi aksiyaya çağırış edildi
30 Aprel 2024 15:24 Dünyaİran Təhsil İşçilərinin Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası ölkənin bütün şəhərlərində müəllimləri kütləvi etiraz aksiyası keçirməyə çağırıb.
Olaylar xəbər verir ki, bu barədə Şuranın sosial media şəbəkəsində paylaşım edilib.
Aksiyanın mayın 1-i, yerli vaxtla səhər saat 10-da keçirilməsi planlaşdırılıb.
Çağırışda müəllimlərin Tehranda Plan və Büdcə Təşkilatının, başqa şəhərlərdə isə Təhsil Nazirliyinin yerli bölmələri qarşısına toplaşmaları istənilib.
Bildirilib ki, aksiyada məqsəd məhbus müəllimlərə azadlıq, işdən qovulan müəllimlərin hüquqlarının bərpası, təhsil işçilərinə qarşı repressiyaların dayandırılmasıdır. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31