Londonda naməlum şəxs insanlara qılıncla hücum etdi - xəsarət alanlar var

Böyük Britaniyanın paytaxtı Londonun şimal-şərqində qılıncla silahlanmış şəxsin insanlara hücumu nəticəsində bir neçə nəfər xəsarət alıb.

Olaylar.az  xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.

Bildirilib ki, hadisə Heynolt metrostansiyası ərazisində baş verib. Naməlum şəxs avtomobillə binaya çırpılıb, bundan sonra o, soyuq silahla yoldan keçənlərə və iki polis əməkdaşına hücum edib.

Qeyd edilib ki, 36 yaşlı kişi hadisə yerində saxlanılıb. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31