ABŞ məhkəməsi Rusiya vətəndaşını 12 il həbs cəzasına məhkum edib - ÖZƏL
30 Aprel 2024 13:42 DünyaKaliforniya məhkəməsi Rusiya vətəndaşı Murat Kuraşevi "təyin edilmiş xarici terror təşkilatına maddi dəstək verməyə cəhd" ittihamı ilə 12 il həbs cəzasına məhkum edib.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi bildirib.
"Kuraşevin həmin maddi dəstəyi təmin etmək cəhdləri təcrid olunmayıb. Onlar xeyli müddət ərzində baş verib və onun bu maliyyə köçürmələri ilə bağlı niyyəti bəlli olub", - agentlik prokurordan sitat gətirib.
Yanvar ayında Kaliforniyanın Sakramento şəhərində yaşayan Kuraşev günahını etiraf edib. ABŞ Ədliyyə Departamentinin məlumatına görə, 2020-ci ilin iyulundan 2021-ci ilin fevralına qədər o, "Həyat Təhrir əş-Şam" terror qruplaşması üçün ianə toplayan iki kuryerə təxminən 13 min dollar göndərmək üçün pul köçürmə xidmətlərindən istifadə edib.