Qardaş ölkədə dollar ucuzlaşdı

Türkiyədə lirə aprelin sonuncu günü bir qədər də möhkəmlənib.

Olaylar xəbər verir ki, dollar nisbətən ucuzlaşaraq, 32,36 lirəyə düşüb. Avro isə 34,63 lirədir.

Qeyd edək ki, 31 martda Türkiyədə keçirilən bələdiyyə seçkisindən dərhal sonra dollar 32 lirəyə qədər geriləmişdi. 7 apreldən isə bahalaşmağa başlamışdı və 32,5 lirəni keçmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31