Banqladeşdə anomal istilər - azı 10 nəfər öldü

Banqladeşdə son bir həftə ərzində davam edən anomal isti hava səbəbindən azı 10 nəfər ölüb.

Olaylar xəbər verir ki, bu barədə "The Dhaka Tribune" qəzeti məlumat yayıb.

Bu Cənubi Asiya respublikasının 17 regionunda havanın temperaturu rekord göstəricilərə çatıb. Paytaxt Dəkkədə havanın temperaturu 41 dərəcəyə çatıb.

Sinoptiklər anomal istilərin yaxın günlərdə də davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31