ABŞ Rusiyaya qarşı sanksiyanı 1 noyabradək TƏXİRƏ SALDI
30 Aprel 2024 11:01 DünyaVaşinqton ABŞ-nin sanksiyalarına məruz qalan Rusiya bankları ilə əməliyyatlar etmək icazəsini 2024-cü il noyabrın 1-dək uzadıb.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bu əməliyyatlar enerji sahəsindəki əməkdaşlığa aiddir.
Sənədə əsasən, sözügedən banklara Rusiya Mərkəzi Bankı, VTB, Alfa Bank, Sberbank, Vneşekonombank, Otkrytiye, Sovkombank, Rosbank, Zenit və Sankt-Peterburq, habelə bu bankların 50% və daha çox hissəsinə sahib olan hər hansı təşkilatlar daxildir. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31