Qazaxıstanın keçmiş naziri saxlanıldı

Qazaxıstanın keçmiş daxili işlər naziri Erlan Turqumbayev 2022-ci ilin yanvar hadisələri zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Olaylar bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

O, 2022-ci ilin yanvar hadisələri ilə bağlı cinayət işləri üzrə aparılan istintaq tədbirləri çərçivəsində bir gün əvvəl saxlanılıb.

Baş Prokurorluq həmçinin qeyd edib ki, cinayət işində dövlət sirri təşkil edən məlumatlar var və bu səbəbdən açıqlanmalı deyil. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31