Gürcüstanda müxalifət inqilaba hazırlaşır? - Kobaxidze
30 Aprel 2024 10:17 DünyaMüxalifət əhalinin dəstəyini itirib və buna görə də ölkədə inqilab təşkil etmək üçün resursları yoxdur.
Olaylar bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Koxabidze qeyd edib ki, hazırda müxalifətin ümumi reytinqi 2021-ci ildə yerli hakimiyyət orqanlarına seçkilər zamanı olduğundan iki dəfə aşağıdır, hakim Gürcü Arzusu Partiyasını isə ölkə əhalisinin 60 faizindən çoxu dəstəkləyir.
"İflas olan siyasi azlığın bütün gürcü xalqı adından danışmaq hüququ yoxdur", - deyə o bildirib. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31