Xaçaturovun general oğlu yenidən həbs edilə bilər

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Prokurorluq Ermənistan ordusunun Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun oğlu, üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun yenidən həbs olunmasını tələb edir.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Ermənistan Baş Prokurorluğu Xaçaturovun barəsində seçilmiş həbs qətimkan tədbirinin həbsdən girov və inzibati nəzarətə dəyişdirilməsi barədə Korrupsiyaya qarşı mübarizə məhkəməsinin qərarının ləğv edilməsini tələb edərək kassasiya şikayəti verib. (A)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31