Yaponiyada zəlzələ qurbanlarının sayı 160 nəfəri ötüb - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Yaponiyanın İşikava prefekturasının Noto yarımadası yaxınlığında baş verən zəlzələ nəticəsində 161 nəfər ölüb.
Olaylar.az xəbər verir ki, bundan əlavə, daha 103 nəfər əlaqə saxlanılmır.
Xatırladaq ki, yanvarın 1-də Noto yarımadası ərazisində silsilə güclü təkanlar qeydə alınıb. Ən güclü zəlzələnin gücü 7,6 bal olub. Yaponiyanın qərb sahillərində sunami təhlükəsi elan edilib, bəzi yerlərdə sunaminin hündürlüyü 4,2 metr təşkil edib.
1370-dən çox ev qismən və tamamilə dağılıb. 66 min bina susuz, 23,9 mindən çox ev isə işıqsız qalıb.
İşikava prefekturasında 357 təxliyə məntəqəsi var, təxliyə edilənlərin sayı 28,8 min nəfərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31