İsrail "Hizbullah"la hərbi toqquşmaya girə bilər - Sabiq müdafiə naziri
7 Yanvar 2024 15:40 Dünyaİsrail lazım gələrsə, "Hizbullah"la hərbi toqquşmaya girə bilər.
Olaylar.az xəbər verir ki, bu barədə İsrailin sabiq müdafiə naziri Benni Qantz "X" sosial şəbəkəsində paylaşımında deyib.
Onun sözlərinə görə, İsrail Qəzza zolağında vəziyyətin siyasi həllində maraqlıdır. Lakin bu, baş verməzsə, İsrail dövləti və İsrail Müdafiə Qüvvələri təhdidi aradan qaldıracaq.
İsrailin təhlükəsizliyinin prioritet olduğunu deyən Qantz, İsrail hərbi kabinetinin də eyni mövqedə olduğunu bildirib.
"Bu, hər bir ölkənin öz vətəndaşları qarşısında borcudur", - o yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31