Viktor Orban Aİ Şurasına rəhbərlik edə bilər

Avropa İttifaqı (Aİ)Şurasının prezidenti Şarl Mişel istefaya gedərsə, Macarıstanın baş naziri Viktor Orban Şuranın müvəqqəti prezidenti ola bilər.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Şarl Mişel Belçika KİV-inə müsahibəsində vəzifəsini vaxtından əvvəl tərk edəcəyinin mümkün olduğunu bildirib. Belə ki, o, 2024-cü ilin iyun ayında Avropa parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir.

Jurnalistlər qeyd edir ki, Mişel istefaya gedəcəyi təqdirdə Aİ liderləri onun xələfinin namizədliyi barəsində danışıqlara tez başlamalı olacaq. Razılıq əldə olunmazsa, Aİ Şurasının müvəqqəti prezidenti Viktor Orban olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31