Rusiyada qəlyanxanada partlayış - Xəsarət alanlar var

Rusiyanın Domodedovo şəhərində yerləşən qəlyanxanada partlayış olub.

Olaylar.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Domodedovo şəhərinin Qaqarin küçəsində yerləşən qəlyanxanada baş verib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

İlkin ehtimala görə, hadisə qumbara partlayışı nəticəsində baş verib.

Hadisə yerinə təcili yardım xidmətləri cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31