Yaponiyada zəlzələdən ölənlərin sayı artdı
7 Yanvar 2024 13:13 DünyaYanvarın 1-də Yaponiyanın İşikava prefekturasının Noto yarımadasında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 128-ə çatıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə zamanı 560 nəfər yaralanıb.
Qeyd edək ki, bu ilin ilk günündə Yaponiyanın İşikava prefekturasının Noto yarımadası ərazisində bir neçə zəlzələ baş verib. Onlar arasında ən güclüsü 7,6 bal gücündə qeydə alınıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31