Blinken yenidən Yaxın Şərqə səfər edəcək

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

ABŞ Dövlət katibi Entoni Blinken növbəti həftənin sonunda Yaxın Şərq turnesinə çıxacaq.

Olaylar.az bu barədə trend-ə istinadən xəbər verir.

Məlumata görə, Antoni Blinken gələn həftənin sonunda İordan çayının qərb sahilinə, eləcə də İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə səfər etməyi planlaşdırır.

Blinkenin Yaxın Şərqə səfəri çərçivəsində Qəzza zolağındakı münaqişənin həllini müzakirə edəcəyi gözlənilir.

Qeyd edilir ki, bu, Blinkenin oktyabrın 7-dən indiyə qədər İsrailə beşinci səfəri olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31