Türkiyədə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Türkiyə ordusu Suriya və İraqın şimalında keçirdiyi əməliyyatlarda 59 terrorçu zərərsizləşdirib.

Olaylar.az xəbər verir ki, bunu Milli Müdafiə Naziri Yaşar Gülər yerli KİV-ə açıqlamasında deyib.

"71 hədəfə qarşı hava əməliyyatı keçirilib. Dəyərli övladlarımızın qisasını aldıq və almağa da davam edirik. Ən ağır şəkildə almağa davam edəcəyik", - nazir ifadə edib.

Qeyd edək ki, dekabrın 22-si və 23-ü terror təşkilatı PKK-nın "Pəncək-kilid əməliyyatı" bölgəsində həyata keçirdiyi xain hücumunda 12 türk əsgəri şəhid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31