Qəzza zolağında atəşkəs üçün deradikalizasiya şərtdir - Netanyahu
27 Dekabr 2023 13:57 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İsrailin baş naziri Benyamin Netanyahu yalnız Qəzza zolağında demilitarizasiya və deradikalizasiya olacağı təqdirdə Fələstinlə sülhün mümkün olacağını bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə "La Stampa" qəzetində dərc olunan məqalədə deyilir.
Netanyahu Yaxın Şərqdəki münaqişəni "sivil dünyanın barbarlıqla böyük döyüşü" adlandırıb.
Onun sözlərinə görə, HƏMAS məhv edilməli, Qəzza zolağı demilitarizasiya olunmalı, Fələstin cəmiyyəti isə radikallığa son qoymalıdır.
"Bunlar İsraillə Qəzzadakı fələstinli qonşuları arasında sülhün üç şərtidir", - o deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31