İsveç Türkiyəyə müdafiə təyinatlı məhsulların ixracına qoyduğu embarqonu götürdü
27 Dekabr 2023 12:15 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İsveç Türkiyə şirkətlərinə müdafiə təyinatlı məhsulların ixracına icazələri verməyə başlayıb.
Olaylar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışında deyib.
Onun sözlərinə görə, Ankaranın Stokholmun NATO-ya üzvlüyünü təsdiqləmə prosesi başladıqdan sonra İsveç Türkiyəyə qarşı müdafiə təyinatlı məhsulların ixracı ilə bağlı tətbiq etdiyi embarqonu aradan qaldırıb.
"Türkiyə şirkətlərinin müraciətlərinə müsbət cavab verilib", - Akçapar deyib.
Qeyd edək ki, İsveç 2019-cu ildə Türkiyəyə müdafiə təyinatlı məhsulların ixracına qadağa qoyub. 2022-ci ildə İsveçin NATO-ya üzvlük məsələsinin nəzərdən keçirilməsi prosesi başlayandan embarqo aradan qaldırılıb və Türkiyə tərəfinin müraciətləri nəzərdən keçirilməyə başlanıb.
Xatırladaq ki, bir qədər əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Yens Stoltenberqlə danışığında bu ilin sonuna qədər Türkiyə tərəfinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləyə biləcəyini deyib. (Trend)