Kuba prezidenti İsraili “terrorçu dövlət” adlandırıb - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Kuba prezidenti Migel Diaz-Kanel İsrailin Qəzza zolağındakı hərəkətlərini "bütün bəşəriyyət üçün alçaldıcı" adlandıraraq, ölkənin hərəkətlərini terrorçuluq kimi qiymətləndirib.

"Terrorçu İsrail dövlətinin Qəzzada törətdiyi soyqırımı bütün bəşəriyyətə qarşı təhqirdir. Nə vaxta qədər cəzasız qalacaq, nə vaxta qədər qətl cəzasız qalacaq? Heç vaxt biganə qalmayacaq Kuba Fələstinin müdafiəsi üçün səsini ucaltmağa davam edir", - dövlət başçısı deyib.

Oktyabrın 7-də Qəzza zolağında yerləşən radikal Fələstin HƏMAS hərəkatının yaraqlılarının Qəzzadan İsrail ərazisinə qəfil hücum etməsi, İsrailin sərhədyanı kibbutz qəsəbələrinin sakinlərini öldürməsi və qadın və uşaq da daxil olmaqla 200-dən çox insanı girov götürməsi Yaxın Şərqdə gərginlik yenidən alovlanıb. HƏMAS hücumunu İsrail hakimiyyətinin Qüdsün Köhnə Şəhərində Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı aqressiv hərəkətlərinə cavab kimi qiymətləndirib. İsrail buna cavab olaraq 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağının tam blokadaya alındığını elan edib və Qəzzaya, eləcə də Livan və Suriyanın bəzi hissələrinə hava zərbələri endirir. İordan çayının qərb sahilində də qarşıdurmalar davam edir. İsrailin oktyabrın 7-dən Qəzzada davam edən əməliyyatları nəticəsində 21 minə yaxın insan həlak olub, 54 minə yaxın insan isə yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31