İran XİN rəhbəri Ermənistana getdi
27 Dekabr 2023 11:06 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün (27 dekabr) Ermənistana səfər edib.
Olaylar.az-ın məlumatına görə, səfər çərçivəsində iranlı nazir erməni həmkarı və digər Ermənistan rəsmiləri ilə görüşlər keçirəcək.
İranlı nazirin görüşlərdə, əsasən, müxtəlif sahələrdə əməkdaşlıq yolları ilə yanaşı, 3+3 formatı çərçivəsində Cənubi Qafqazda sülh məsələlərinin müzakirə edəcəyi bildirilir.
İran xarici işlər naziri ötən gecə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrovla ayrı-ayrılıqda telefon danışıqlarında Cənubi Qafqaz proseslərini və regional əməkdaşlıq imkanlarından faydalanmaqla Azərbaycan və Ermənistan arasında sülhün yaradılması haqda məsləhətləşmə aparıb. (Trend)