Rusiya neftinin Avropaya tədarükü 2023-cü ildə ümumi ixracın 4-5%-ni keçməyəcək — ÖZƏL
27 Dekabr 2023 10:35 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Rusiya gözləyir ki, 2023-cü ildə Avropaya neft və neft məhsullarının ixracı ümumi tədarükün 4-5%-dən çox olmayacaq.
Olaylar.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Əvvəllər biz Avropaya neft və neft məhsullarının ümumilikdə 40%-45%-ni tədarük edirdik, bu il isə bu rəqəmin ümumi ixracın 4%-i və ya 5%-ni keçməyini gözləyirik" - o, deyib.
Novakın sözlərinə görə, indiki şəraitdə Çin və Hindistan Rusiyanın əsas tərəfdaşı olub, Çinin payı 45%-50% təşkil edib.
"Əvvəllər Hindistana faktiki olaraq heç bir ixracat olmayıb. Son iki ildə Hindistana ixracın ümumi payı təxminən 40%-ə yüksəlib", - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31