İsrail hərbi əməliyyatları genişləndirir
27 Dekabr 2023 10:08 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İsrail Qəzza zolağının cənubunda hərbi əməliyyatları genişləndirir.
Olaylar.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu açıqlama verib.
O bildirib ki, həmçinin, digər yerlərdə də hərbi əməliyyatlar genişləndirərək müharibə davam etdirilir:
"Biz HƏMAS terrorçularına səslənirik: Sizi görürük və sizə çatacağıq".
Xatırladaq ki, oktyabrın 7-dən indiyə kimi Qəzzada ölənlərin sayı 20 min 674 nəfərə çatıb. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31