Hər şey öz yerində, yaxşı vəziyyətdədir - Lukaşenko

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Rusiya nüvə silahlarının Belarusa çatdırılması başa çatıb.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti zamanı deyib.

O bildirib ki, bu proses uzun müddət əvvəl yekunlaşıb.

"Hər şey öz yerində, yaxşı vəziyyətdədir" - deyə Lukaşenko əlavə edib.

Qeyd edək ki, dekabrın 25-də Avrasiya İqtisadi İttifaqı liderlərinin məhdud tərkibdə görüşü keçirilib.

Məhdud tərkibdə görüş media üçün qapalı olub. Avrasiya İqtisadi İttifaqı liderləri bağlı qapılar arxasında danışıqlar aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31