Lavrovla Hindistan XİN rəhbərinin Moskvada müzakirə edəcəkləri məsələlər bilindi
26 Dekabr 2023 16:41 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindistanlı həmkarı Subrahmanyam Cayşankarla dekabrın 27-də Moskvada tam formatlı danışıqlar aparacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Dekabrın 27-də Rusiya və Hindistanın xarici işlər nazirlərinin tam formatlı danışıqları planlaşdırılıb", - o deyib.
Qeyd edək ki, Subrahmanyam Cayşankar 25-29 dekabr tarixlərində Rusiyiada səfərdədir. Səfər çərçivəsində Hindistanın XİN rəhbərinin həmçinin, Rusiya Federasiyası baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturovla görüşəcəyi və iqtisadi tərəfdaşlıq məsələlərini həl edəcəyi gözlənilir. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31