Fransada ana və dörd uşağı qətlə yetirildi, ailə başçısı tutuldu

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Fransada bir qadını və onun dörd övladını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Olaylar.az xəbər verir ki, çərşənbə axşamına keçən gecə Fransanın paytaxtı Paris şəhəri yaxınlığında yerləşən mənzildə bir qadının və onun 9 ay - 10 yaş arası dörd övladının cəsədləri aşkarlandıqdan sonra polis istintaqa başlayıb.

Mənzilə məcburi giriş əlamətlərinin olmaması və uşaqların atasının ortalıqda görünməməsi onun ilkin şübhəli qismində axtarışına əsas verib.

Polis axtarışda olan 33 yaşlı ailə başçısını bu gün saxlayıb. Versal məhkəməsi hazırda hadisə ilə bağlı istintaq aparır. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31