İsrail ordusu Qəzza zolağının bəzi rayonlarında döyüşləri dayandırıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzində yerləşən Deyr-əl-Balah şəhərinin iki rayonunda döyüşlərin dayandırıldığını elan edib.

Olaylar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Avixay Edri "X" hesabında məlumat verib.

Bildirilib ki, Deyr-əl-Balah şəhərinin El-Bruk və Yaffo rayonlarında döyüş əməliyyatları humanitar məqsədlə dörd saatlıq dayandırılacaq.

Edrinin sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin Xan-Yunis bölgəsində döyüş əməliyyatları dinc sakinlərin Salah-əd-Din yolu ilə şəhərin şimal və şərq istiqamətlərində hərəkətinə mane olur. İsrail Müdafiə Qüvvələrinin mülki əhalinin Xan-Yunis rayonu qərbində yerləşən dolama marşrutla təhlükəsiz hərəkətini təmin edəcəyi qeyd olunub. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31