Ukraynanın 500 min nəfəri çağırmaq üçün kifayət qədər vəsaiti yoxdur – ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Ukraynanın büdcəsində prezident Vladimir Zelenskinin elan etdiyi plan çərçivəsində 500 min nəfərlik hərbi səfərbərliyi həyata keçirmək üçün kifayət qədər vəsait yoxdur".

Olaylar.az xəbər verir ki, bunu Ukraynalı deputat Yaroslav Jeleznyak bildirib.

"Prezident səhv etdi. Bunun üçün yarım milyard qrivna yox, daha çox pul tələb olunacaq. Bizim bu pulumuz yoxdur", - o, bildirib.

Jeleznyak bildirib ki, ölkə büdcəsində 2024-cü ildə hərbi xərclər üçün cari illə müqayisədə daha az vəsait ayrılıb və əksər Qərb tərəfdaşları heç vaxt yardımlarını hərbi ehtiyaclara xərcləməyə icazə verməyiblər.
Dekabrın 19-da Zelenski bildirib ki, hərbçilər silahlı qüvvələrə daha 500 min nəfərin çağırılmasını istəyiblər ki, bu da əlavə 500 milyard qrivenə (təxminən 13,4 milyard dollar) başa gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31