Qızıl Aypara Cəmiyyətinin Qəzza zolağındakı qərargahı atəşə tutulub - Xəsarət alanlar var

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Fələstin Qızıl Aypara Cəmiyyətinin Qəzza zolağında Xan-Yunis şəhərindəki qərargahı atəşə tutulub, bir neçə nəfər yaralanıb.

Olaylar.az xəbər verir ki, bu barədə təşkilat özünün "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

"Fələstin Qızıl Aypara Cəmiyyətinin Xan-Yunisdəki qərargahının üst mərtəbələri artilleriya atəşinə məruz qalıb, müvəqqəti olaraq qərargahda yerləşdirilən bir neçə nəfər yaralanıb", - məlumatda deyilir.

Təşkilatın məlumatına görə, binada minə yaxın qaçqın yerləşdirilib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31