Prezident seçkilərində namizədlərin sayı 30-u ötüb — ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"30-dan çox adam Rusiya prezidenti vəzifəsinə namizəd kimi irəli sürülmək istəyir, kampaniya mütləq rəqabətli olacaq".

Olaylar.az xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova bildirib.

"Təbii ki, təşviqat kampaniyası rəqabətli olacaq. Çünki birdən çox namizədin olacağı göz qabağındadır. Hər halda, hazırda 30-dan çox namizəd var. Məncə, rəqabətin səviyyəsi namizədlərin sayından deyil, keyfiyyətindən çox asılıdır", - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31