İran prezidenti Türkiyəyə səfər edə bilər - KİV
26 Dekabr 2023 13:02 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İran prezidenti İbrahim Rəisi Türkiyəyə səfər edə bilər.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazır.
Bir dəyişiklik olmazsa, səfər yanvarın 4-də baş tutacağı deyilir.
Məlumata görə, səfər çərçivəsində əsas müzakirə mövzularından birini terrorizmlə mübarizə təşkil edəcək.
Qeyd edək ki, noyabrın 28-də İran prezidentinin Türkiyəyə səfəri planlaşdırılsa da, baş tutmayıb. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian səfərin BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı iclası səbəbindən təxirə salındığını bildirib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31