Sanksiyalar Aİİ ölkələrindən ehtiyacı olan ölkələrə ərzaq tədarükünü əngəlləyir - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Sanksiyalar Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrindən bütün dünyada 600 milyon insanı qidalandıra biləcək ərzaq tədarükünün qarşısını alır".

Olaylar.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Ali Avrasiya İqtisadi Şurasının geniş iclasında deyib.

"Ərzaq tədarükünə sanksiyaların ön plana çıxdığı indiki geosiyasi vəziyyət mane olur. Nəticədə ərzağa ehtiyacı olan insanlar əziyyət çəkir. Ekspertlərin hesablamalarına görə, Aİİ ölkələrinin potensialı təxminən 600 milyon insanı qidalandıra bilər", - prezident bildirib.

Onun sözlərinə görə, Aİİ ölkələri özünü ərzaqla təmin etmək üzrə ən yüksək səviyyəyə çatıb. Bununla yanaşı, Aİİ ölkələrindən kənd təsərrüfatı məhsulları ixracının dünya bazarında payı aşağı olaraq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31