Yaponiya 2024-cü ilin əvvəlində ABŞ ilə məsləhətləşmələrə başlayacaq - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Yaponiya və ABŞ  2024-cü ilin əvvəlində Yaponiya silahlı qüvvələrinə məxsus Patriot raketdən müdafiə sistemləri üçün raketlərin Amerika tərəfinə təhvil verilməsi ilə bağlı məsləhətləşmələrə başlayacaq.

Olaylar.az xəbər verir ki, ilk növbədə təyyarələrin və qanadlı raketlərin qarşısını almaq üçün nəzərdə tutulmuş PAC-2 raketlərinin tədarükünün əlaqələndirilməsinə başlamaq planlaşdırılır. Gələcəkdə Yaponiya ABŞ-ni ballistik raketlərə qarşı mübarizədə istifadə olunan PAC-3 raketləri ilə də təmin edəcək.
Dekabrın 22-də Yaponiya hökuməti müdafiə avadanlığının ixracı qaydalarını sadələşdirərək, ABŞ-a "Patriot" raketdən müdafiə sistemləri üçün raketlər və Böyük Britaniyaya 155 mm-lik artilleriya mərmiləri tədarük etməyə icazə verib. Əvvəllər Tokio ABŞ-a yalnız müdafiə avadanlığının komponentlərini verə bilərdi. İstisnalar istehsal lisenziyası vermiş ölkələrə hazır avadanlıqların tədarükünə imkan verəcək.
Dəyişikliklər təchiz edilmiş texnikanın silahlı münaqişədə iştirak edən üçüncü ölkələrə təkrar ixracına birbaşa icazə vermir, lakin Kiyevə yardım nəticəsində azaldılan anbarlardakı ehtiyatları doldurmağa imkan verəcək. Bundan əlavə, məsələn, ABŞ öz "Patriot" raketlərini təkcə Ukraynaya deyil, həm də silahlarını Kiyevə ötürən Avropadakı tərəfdaşlarına da verə biləcək. Ona görə də Ukraynaya hərbi dəstək dolayı yolla olacaq. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ hökuməti Yaponiya istehsalı olan Patriot sistemləri üçün raketlərin üçüncü ölkələrə ötürülməsi üçün Tokionun əvvəlcədən razılığını almalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31