Rusiya MN Ukrayna gəmisinə hücumu təsdiqlədi
26 Dekabr 2023 11:44 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Krımın Feodosiya limanında "Novoçerkassk" desant gəmisinə hücumunu təsdiqləyib.
Olaylar.az bildirir ki, Rusiya hücum nəticəsində hərbi gəminin zədələndiyini açıqlayıb.
Rusiya Silahlı Qüvvələrinin desant gəmisinə idarəolunan raket buraxan Ukraynanın iki Su-24 təyyarəsini vurduğu qeyd olunub.
Krımın rəhbəri Sergey Aksenov isə bildirib ki, hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31