ABŞ-də COVID-19-un yeni variantının yayılması son iki həftə ərzində ikiqat artıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

ABŞ-də COVID-19-un yeni "JN.1" variantının yayılması amerikalıların vaksinasiya məsələsində aktivliyinin azalması fonunda son iki həftə ərzində ikiqat artıb.

Olaylar.az bu barədə "Financial Times" qəzetinə istinadən xəbər verir.

ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatlarına görə, ölkədə koronavirusla bağlı ölüm hallarının 44 faizinə "JN.1" variantı səbəb olub.

"JN.1" variantının "Omicron" ştammının alt-növü olduğu qeyd edilir.

Mütəxəssislər 41 ölkədə, o cümlədən, Fransa, Sinqapur, Kanada, Böyük Britaniya və İsveçdə "JN.1" variantı ilə yoluxma halı qeydə alıblar. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31